Zulkifl

Zulkifl məscidi (Xillə, İraq)

Zulkifl (ərəb. ذو الكفل‎; e.ə. təxm. 1600?–1400?) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. Yəhudi-xristian mənbələrində İezekil adı ilə tanınır. Misir fironunun sarayında yaşadığı, Musa peyğəmbərə yardım etdiyi, 75 il yaşadığı və müasir İraq ərazisində vaizlik etdiyinə inanılır. Onun indiki Suriya ərazisində vəfat etdiyi və Türkiyənin Diyarbəkir bölgəsində dəfn edildiyi güman edilir.

Zulkiflin peyğəmbər olmadığına dair bəzi iddialar olsa da, İslam alimləri arasında ümumi qəbul olunmuş fikir onun peyğəmbər olmasıdır. Hazırda İraqın Xillə şəhərində Cəlairilər dövrünə aid Zulkifl məscidi fəaliyyət göstərir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search